...

Əmisini öldürüb küçəyə atan şəxsin məhkəməsi başlayır

Hadisə Materials 15 Fevral 2023 09:52 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda əmisini qətlə yetirib meyitini küçəyə atan şəxsin cinayət işi məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxs Şahin Qədəşovun barəsində başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası fevralın 22-nə təyin edilib.

İttihama görə, ötən il sentyabrın 29-u saat 3 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbər lenti

Xəbər lenti