...

Bərdədə ağır yol qəzası baş verib, xəsarət alan var (FOTO)

Hadisə Materials 11 Mart 2023 21:59 (UTC +04:00)
Bərdədə ağır yol qəzası baş verib, xəsarət alan var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə Ağdam-Bərdə magistral yolunun Bərdə rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil ilə “Mercedes Benz” markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü 40 yaşlı Pənciyev Səlahhədin Hummbət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika şöbəsinə yerləşdirilib. Vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti