...

Goranboyda evə silahlı hücumla bağlı 3 nəfər saxlanıldı

Hadisə Materials 7 Aprel 2023 09:48 (UTC +04:00)
Goranboyda evə silahlı hücumla bağlı 3 nəfər saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonunda evə silahlı hücumla bağlı 3 nəfər saxlanlılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-in sorğusuna cavab olaraq bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş.Əliyeva 2006-cı il təvəllüdlü A.Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb.

Hadisə nəticəsində odlu silahdan deyil əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti