...

Yasamalda içində pul olan çantanı oğurlayan qadın tutuldu

Hadisə Materials 22 Aprel 2023 15:18 (UTC +04:00)

Bakı. Trend:

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə bir qadına məxsus içərisində 400 manat pul və şəxsiyyət vəsiqəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Talıbova saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti