...

Azərbaycanda tiktoker həbs edilib

Hadisə Materials 4 May 2023 11:25 (UTC +04:00)
Azərbaycanda tiktoker həbs edilib

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda daha bir tiktoker həbs edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov şikayət əsasında saxlanılıb. Bakı şəhər sakini Azər Əmirov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət edərək Xəqani Hüseynovun onu söyərək təhqir etdiyini bildirib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti