...

Prokurorluq Neftçalada 3 yeniyetmənin boğularaq ölməsi faktını araşdırır

Hadisə Materials 17 İyun 2023 09:27 (UTC +04:00)
Prokurorluq Neftçalada 3 yeniyetmənin boğularaq ölməsi faktını araşdırır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Neftçalada çayda boğularaq ölən yeniyetmələrin adı məlum olub.

Trend xəbər verir ki, Beşdəli kənd sakinləri 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu Kür çayının Neftçala rayon Cəngən kənd ərazisindən keçən hissəsində çimərkən ehtiyatsızlıqdan boğularaq ölüblər.

Ölmüş şəxslərin bədənləri üzərində hər hansı bir zoraki izlər və xəsarətlər aşkar edilməyib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti