...

Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb

Hadisə Materials 21 İyun 2023 09:44 (UTC +04:00)
Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb

Bakı. Trend:

Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb.

Trend xəbər verir ki, Oğuz şəhər sakini, 05.09.1956-cı il təvəllüdlü Qaffarov Fazil Vahil oğlu Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhəri günü ailə üzvləri tərəfindən Şəki RMX PHŞ-nə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq 20.06.2023-cü il tarixdə saat 17.15-də həmin xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti