Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndində kottecdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.