...

Oğuz rayonunda piyadanı avtomobil vurub

Hadisə Materials 29 İyul 2023 00:19 (UTC +04:00)
Oğuz rayonunda piyadanı avtomobil vurub

Bak. Trend:

Oğuz rayonunda piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində Valeh Şərifov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada, 2017-ci il təvəllüdlü A. Abbasovu vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti