...

Bakıda restorandan oğurluq edildi

Hadisə Materials 31 İyul 2023 15:38 (UTC +04:00)
Bakıda restorandan oğurluq edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 23-nə keçən gecə Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, altı ədəd pult və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əvəz Məmmədov saxlanılıb.

Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti