...

Paytaxtda oğurluq edən şəxsdən “Makarov” tapançası ələ keçirildi

Hadisə Materials 10 Noyabr 2023 11:28 (UTC +04:00)
Paytaxtda oğurluq edən şəxsdən “Makarov” tapançası ələ keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nizami rayonu ərazisindəki mağazaların birindən 1050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər nazirliyindən Trend-ə verilən xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1972-ci il təvəlldülü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti