...

Bakının bu ərazisində tikiş sexi və anbarda yanğın olub

Hadisə Materials 14 Noyabr 2023 19:54 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Trend FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 313 m² olan tikilinin (tikiş sexi və anbar kimi fəaliyyət göstərir) içərisində 1 ədəd dəzgah və 10 top parça yanıb.

Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti