...

Ağdaşda iki minik avtomobili toqquşub - Ölənlər var

Hadisə Materials 19 Yanvar 2024 21:46 (UTC +04:00)
Ağdaşda iki minik avtomobili toqquşub - Ölənlər var

Bakı. Trend:

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti