...

Masallı taxta emalı sexi yanıb

Hadisə Materials 2 Mart 2024 22:26 (UTC +04:00)
Masallı taxta emalı sexi yanıb

Bakı. Trend:

Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 49 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti