...

Bakıda əşyalarını eyvandan küçəyə atan qadın müəyyən edilib

Hadisə Materials 11 Mart 2024 16:25 (UTC +04:00)
Bakıda əşyalarını eyvandan küçəyə atan qadın müəyyən edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılmış və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Bədirova Nazilə Tahir qızı hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti