...

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb (FOTO)

Hadisə Materials 16 Mart 2024 08:49 (UTC +04:00)
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb (FOTO)

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, A.Süleymanovdan marixuana, digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti