...

5 min manatlıq dəmir borular oğurlayanlar tutuldu

Hadisə Materials 15 İyul 2024 13:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 5 min manat dəyərində dəmir borular oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zirə qəsəbəsi ərazisində bir nəfərə məxsus torpaq sahəsindən 5000 manat dəyərində dəmir boruların oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Nəhmədov, M.Muradov və E.Hətəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti