...

Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb - Hesablama Palatası

Hadisə Materials 24 Yanvar 2025 15:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Məlumata görə, nәzarәt mexanizmlәrinin tәtbiq edilmәmәsi sәbәbindәn Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәhsil müәssisәsinin mәnfәәtinin dividendlәrin ödәnilmәsinә yönәldilәn hissәsi istisna olmaqla mәnfәәt vergisindәn azad olması ilә bağlı tәlәbi pozularaq Akademiyanın tәqdim etdiyi mәnfәәt vergisinin bәyannamәsindә 2023-2024-cü illәrdә cәmi 12,0 min manat mәnfәәt vergisi hesablanıb, düzgün olmayaraq ödәnilmiş vergi mәblәği belә hüquqi aktların tәlәb etdiyi faiz dәrәcәsinә uyğun olmayıb.

Kadr potensialının düzgün idarә olunmaması dövlәt vәsaitlәrinin әlavә vә bәzi hallarda isә artıq istifadәsinә sәbәb olub. Belә ki, üzgüçülük hovuzunun fәaliyyәt göstәrmәmәsi fonunda ştat cәdvәli ilә tәsdiq edilmiş ştatlar saxlanılıb, 2022-2023-cü illәrdә cәmi 55,7 min manat әmәk haqqı hesablanaraq ödәnilib.

Ümumiyyәtlә, auditin әhatә etdiyi tәdris illәrindә ştat cәdvәli üzrә kadrların sayı 122,5 vahid vә ya 21,9% artmış, artım inzibati heyәt üzrә tәmin olunub, Akademiya tәrәfindәn әmәyin ödәnilmәsinә 2022-2023-cü illәrdә vә 2024-cü ilin ilk rübündә müvafiq olaraq 9688,9 min manat, 11515,4 min manat vә 3313,5 min manat vәsait icra edilib.

Әmәyin ödәnilmәsi prosesindә bir sıra nöqsanlara yol verilib, nöqsanlar mükafatların vә mәzuniyyәt mәblәğlәrinin düzgün hesablanılmaması, elәcә dә, әmәk fәaliyyәti sona çatdırılmış әmәkdaşlara vәsaitin ödәnilmәsi ilә bağlı olub.

Qeyd edәk ki, bu nöqsanlar nәticәsindә artıq vә düzgün olmayaraq ödәnilmiş vәsaitin mәblәği әmәyin ödәnişi ilә bağlı xәrclәnmiş mәblәğin icra vәziyyәtinә әhәmiyyәtli tәsir göstәrmәyib
.

Akademiya tәrәfindәn xәrclәr smetasının tәrtibi zamanı xarici ölkәlәrdәn dәvәt edilmiş әmәkdaşlara vәsaitin ödәnilmәsi düzgün olmayaraq “Xarici ezamiyyәtlәr” maddәsindә nәzәrdә tutulmaqla icra edilmiş, toplanmış audit sübutları ilә müәyyәn olunmuşdur ki, 2022-2023-cü illәrdә smetada “Xarici ezamiyyәtlәr” kimi tәsniflәşdirilmiş vәsaitin Akademiyanın xarici ölkәlәrә ezam olunmasına yönәldilmiş hissәsi tәxminәn 22,0%-23,0% tәşkil edib.

Ezamiyyәlәr üzrә xәrclәrin icrası prosesindә әksәr hallarda hesabatlar mühasibatlığa tәqdim olunmamış, normaların düzgün tәtbiq edilmәmәsi sәbәbindәn 1,6 min manat ezamiyyә haqqı artıq hesablanaraq ödәnilib.

Dövlәt sifarişi ilә tәhsilin maliyyәlәşdirilmәsini tәnzimlәyәn hüquqi aktların tәlәblәrinә әmәl olunmaması ayrılmış mәqsәdli vәsaitlәrin istifadә olunmayan hissәsinin geri qaytarılmaması ilә nәticәlәnib.

Aşkar edilən nöqsanlarla bağlı əlavə tədbirlərin görülməsi üçün Milli Məclisə məlumat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti