Bakı. Trend:
Sumqayıt şəhərində dəniz kənarında avtomat silahı və patron aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Sumqayıt şəhərində yerləşən dənizkənarı ərazidə 1 avtomat silahı və 4 ədəd patron tapılaraq götürülüb", - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.