...

Bakıda ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılan şəxs belə xilas edildi (VİDEO)

Hadisə Materials 3 Mart 2025 09:23 (UTC +04:00)
Bakıda ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılan şəxs belə xilas edildi (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində bir nəfər ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən binanın 1-ci mərtəbəsində yerləşən obyektin damına yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xərəklə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti