Bakı. Trend:
Bakının Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 26 yaşlı K.Mirzəzadə saxlanılıb. Onun üzərindən 1,7 kiloqramdan artıq marixuana aşkarlanıb.
Xaçmaz rayonu ərazisində yerləşən stansiyaların birində 35 yaşlı A.Məhərrəmovdan da marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.