...

Yeni Zelandiya yaxınlığında güclü zəlzələ baş verib

Hadisə Materials 25 Mart 2025 06:37 (UTC +04:00)
Yeni Zelandiya yaxınlığında güclü zəlzələ baş verib

Bakı. Trend:

Yeni Zelandiyanın Cənubi Adasında Dunedindən 348 km qərbdə Sakit Okeanda 6,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Cənubi adanın sahillərindən təxminən 73 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,8 bal qiymətləndirib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti