...

Bakıda yaşayış binasında yanğın: 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 29 Mart 2025 14:14 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın: 1 nəfər tüstüdən zəhərlənib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin mətbəxində 2 paq.m mebel, 1 ədəd məişət avadanlığı və 3 paq.m elektrik kabeli yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti