Ağdam. Trend:
Ağdam rayonunun Quzanlı qəsəbəsində “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XXX
15:05
Ağdamda "VAZ 2106" yanıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib.
Yol kənarında avtomobildə ayaqqabı təmiri ilə məşğul olan rayon sakininə məxsus minik maşını anidən alışıb.
Minik avtomobili yararsız hala düşüb. Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gəlib və yanan avtomobili söndürərək yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.