...

Şirvan sakini şəhər ərazisindən tapdığı avtomatı polisə təhvil verib

Hadisə Materials 12 Aprel 2025 09:24 (UTC +04:00)
Şirvan sakini şəhər ərazisindən tapdığı avtomatı polisə təhvil verib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini şəhər ərazisindən tapdığı 1 ədəd avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti