Bakı. Trend:
21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Bunu Trend-in sorğusuna cavabında Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı bildirib.
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - o qeyd edib.
xxx
17:15
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.
Trend-in əldə etdiyi məlumata görə, hadisə tekstil fabrikində baş verib.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub, zəhərlənənlər tibb müəssisələrinə hospitalizasiya edilib.
Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb",- deyə əlavə edilib.