Bakı. Trend:
Nizami Rayon Məhkəməsi “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.
Trend xəbər verir ki, bununla bağlı Ə.Zeynallının vəkili Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 511-ci (Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə) maddəsinə əsasən, Əvəz Zeynallını cəzadan azad edib.
O cəzaçəkmə müəssisəsindən artıq azadlığa buraxılıb.