Ağdam. Trend:
Ağdamda naməlum heyvan skeleti tapılıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, heyvana məxsus skelet işğaldan azad edilmiş Ağdam şəhərində işləyən sakinlər tərəfindən aşkar edilib. Aşkar edilən skeletin uzunluğu 1,5 metrə yaxındır. Tapılan skeletin kəllə və fəqərə sümükləri, qabırğaları, dişləri, pəncələri bizə məlum olan heyvanlardan fərqlidir. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu göstərir.
Belinin ortasında - onurğa sütununun üstündə, həmçinin qarın boşluğunda qabırğalar var. 10 santimetrdən artıq uzunluğunda olan ayaqları, insan ayağı kimi uzun və dabanı var.
Heyvan skeletinin qəribə görünüşü sakinlərin marağına səbəb olub. Onların sözlərinə görə, bir neçə il əvvəl də bu cür skelet ətraf kəndlərdən və digər rayonlardan da tapılıb.