...

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO/VİDEO)

Hadisə Materials 14 May 2025 15:00 (UTC +04:00)
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Trend-in məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti