...

Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı

Hadisə Materials 16 May 2025 10:29 (UTC +04:00)
Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qastroenterokolit diaqnozu şübhəsi ilə 103 nəfər qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, ölüm halı qeydə alınmayıb:

"Qəbul edilən şəxslərin hər birinə şöbədə zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb", - deyə o əlavə edib.

Qeyd edək ki, qida zəhərlənməsi bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti