...

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi (VİDEO)

Hadisə Materials 19 May 2025 12:39 (UTC +04:00)
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Xəzər” markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vüsal Miriyev saxlanılıb.

"Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıldığı aşkar edilib, eləcə də hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Miriyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Miriyev 20 sutka inzibati qaydada həbs edilib",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti