Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 29-da ümumi çəkisi 17,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr 1 kiloqramdan artıq heroin, 15,6 kiloqramdan çox marixuana, 475 qram metamfetamin, 300 qramdan artıq həşiş, həmçinin 21 ədəd psixotrop tərkibli həb olub.
Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.