...

Arvadını bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 24 İyul 2025 13:53 (UTC +04:00)
Arvadını bıçaqlayan şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Arvadını bıçaqlamaqda təqsirləndirilən Sarvan Tahirovun cinayət işi üzrə məhkəmənin prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sarvan Tahirov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 228.4-cü ( Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti