Bakı. Trend:
Bakıda həyat yoldaşını öldürməkdə təqdirləndirilən Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxs 15 il müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Qeyd edək ki, 2024-cü il il avqustun 17-də saat 15 radələrində
Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Belə ki,araşdırmalara görə 1968-ci il təvəllüdlü Həsənbala
Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.