...

Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlandı

Hadisə Materials 31 Yanvar 2026 12:21 (UTC +04:00)
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.

R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti