...

Sumqayıtda yanan evdən bir nəfərin meyiti tapıldı

Hadisə Materials 12 Fevral 2026 12:50 (UTC +04:00)
Sumqayıtda yanan evdən bir nəfərin meyiti tapıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin bir otağının döşəməsi 0,5 m² sahədə və dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb, yüksək temperaturdan mətbəx mebeli qismən qarsalanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi(FHN) məlumat yayıb.

Bildirilir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti