...

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanıldı

Hadisə Materials 14 Fevral 2026 14:42 (UTC +04:00)
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.

Belə ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti