...

SENTYABRIN 19-NA OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 20 Sentyabr 2005 13:42 (UTC +04:00)

Sentyabrın 19-da daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 25-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər yaralanıb. 6 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdkləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti