...

Gəncədə polis rəisini avtomobillə vurub qaçan şəxs saxlanılıb

Hadisə Materials 11 Avqust 2007 13:28 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Gəncə Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsi rəisinin avtomobillə vurulması barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. DİN-in mətbuat xidmətindən şənbə günü Trend ə bildirilib ki, dünən axşam saat 20 radələrində Bağırov küçəsində Gülüstan qəsəbə sakini Elşən Qasımov idarə etdiyi "Jiquli" markalı avtomobili idarə edərkən Gəncə Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin rəisi Nizami Hüseynovu vurub və hadisə yerindən qaçıb. Hüseynov xəsarətlə xəstəxanaya yerləşdirilib və səhhəti qənaətbəxşdir.

Nazirlikdən bildirilib ki, hadisə əməliyyat keçirilərkən deyil, təsadüf nəticəsində baş verib. Qasımov saxlanılıb və faktla bağlı araşdırma aparılır.

Gəncə Şəhər Polis İdarəsindəki mənbədən şənbə günü Trend ə verilən məlumata görə, hadisə avqustun 10-da gecə saatlarında şöbənin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirçkən baş verib. Hüseynov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti