Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir X.Murtuzayeva/
Belə bir gözlənilməz nəticəyə Təl-Əviv Universitetinin professoru İshaq Şnellin rəhbərlik etdiyi bir qrup alim gəlib. Doğrudur, alimlər qabaqcadan belə bir şərt kəsiblər ki, səmərəli effekt üçün qatılıq az midarda olmalıdır. Trend-in məlumatına görə, bu barədə "NBC News" xəbər verir.
Ekspertlərin fikrincə, karbon oksidləri ilə tənəffüs əsəbləri sakitləşdirir, stressli vəziyyətlərə daha asan davam gətirməyə imkan verir. Bu barədə "Environmental Monitoring and Assessment" jurnalında dərc olunmuş məqalədə bildirilir. Bu iddia sensor taxmış 36 gənc, sağlam tələbənin müşahidə olunması əsasında öz təsdiqini tapıb.
Bu, səsin, çirkli havanın, tündlüyün və havanın adamlara necə təsir etdiyini qiymətləndirməyə imkan verib. Habelə eksperiment iştirakçıları konkret mühitdə şəxsi diskomfortları ilə bağlı sual vərəqələrini doldurublar.
Məlum olub ki, şəhərin səsli çirklənməsi (onları əsasən ətrafdakıların səsləri yaradır) insana nisbətən daha pis təsir edir. Stressin ən yüksək səviyyəsi ticarət mərkəzlərində, açıq bazarlarda və adamların toplaşdıqları əsas küçələrdə cəmləşir.
Tənəffüs edilən dəm qazlarının səviyyəsinə gəldikdə, onlar güman edildiyindən az imiş. Bundan əlavə, qaz səsin və tündlüyün yaratdığı stressə müqavimət göstərib. Yaxın vaxtlarda alimlər şəhər həyatının astma kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara, yaşlı şəxslərə necə təsir etdiyini aydınlaşdırmağı planlaşdırırlar.