...

Çox yemək mədə xərçənginin yaranmasının əsas səbəblərindən biridir - alim

Maraqlı Materials 17 Noyabr 2011 11:54 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 noyabr/Trend, müxbir K.Konırova/

Çox yemək mədə xərçənginin yaranmasının əsas səbəblərindən biridir. Trend-in məlumatına görə, bunu Qazaxıstan-ABŞ bioloqu, Hyuston Tibb Mərkəzində onkoloji xəstəliklərin molekulyar və biokimyəvi mexanizmlərinin öyrənilməsi üzrə laboratoriyanın rəhbəri Dos Sarbasov bildirib.

"Çox yemək mədə xərçənginin yaranmasının əsas səbəblərindən biridir. Böyük miqdarda qida qəbulu zamanı mədə nəhəng mexaniki yüklənməyə məruz qalır ki, bundan da mədə hüceyrələri əsl stress yaşayır", - Sarbasov Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, alimlərin apardıqları tədqiqatlar göstərib ki, çox yeməkdən əmələ gələn belə stress hüceyrələrin, eləcə də gövdə hüceyrələrinin özünün sürətlə yanmasına səbəb olur.

"Onlar nə qədər sürətlə yanırlarsa, orqan da bir o qədər sürətlə dağılır", - alim qeyd edib.

Sarbasovun fikrincə, mədə xərçənginin profilaktikası üçün gecikmiş şam yeməyindən, xüsusilə yağlı qidadan imtina etmək, eləcə də stressə davamlılığa kömək edə biləcək ruhi balansı tapmaq lazımdır.

"Sağlamlıq məsələsi kompleks məsələdir. Buraya həmçinin ekologiya, təmiz su və insanın özünün sağlam həyat tərzi keçirmək istəyi daxildir", - alim bildirib.

Dos Sarbasov MTOR zülalının böyümədə, hüceyrənin proliderasiyasında və hüceyrə daxilində zülalların biosintezində rolunu kəşf edən alimlərdən biridir. Hazırda Massaçusets Texnologiya İnstitutunda Dos Sarbasovun başçılıq etdiyi elmi qrup xərçəngin müalicəsi üçün yeni preparatların yaradılması üzərində çalışır.

Xəbər lenti

Xəbər lenti