...

Bidzina İvanişvilinin köpək balığı ölüb

Maraqlı Materials 27 Noyabr 2013 10:55 (UTC +04:00)
Gürcüstanın sabiq Baş naziri, milyarder Bidzina İvanişvilinin akvariumundakı köpək balığı ölüb. Trend-in məlumatına görə, bu barədə hüquq müdafiəçisi Nikoloz Mjavanadze xəbər verib.
Bidzina İvanişvilinin köpək balığı ölüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Gürcüstanın sabiq Baş naziri, milyarder Bidzina İvanişvilinin akvariumundakı köpək balığı ölüb. Trend-in məlumatına görə, bu barədə hüquq müdafiəçisi Nikoloz Mjavanadze xəbər verib.

O, bu məlumatı hansı mənbədən əldə etdiyini deməsə də, bu barədə etibarlı adamdan eşitdiyini qeyd edib: "Bidzina İvanişviliyə məxsus köpək balığı noyabrın əvvəlində ölüb. Heyvanın ölümünə keyfiyyətsiz suyun səbəb olduğunu deyirlər. Belə bir fikir mövcuddur ki, "Tbilvoda"nın su verdiyi borular müəyyən olunmuş standartlara uyğun gəlmir və ekspertizanın aparılması lazımdır".

Onun sözlərinə görə, Bidzina İvanişvili balığın ölümündən çox təsirlənib. O, mütəxəssislərə suyun keyfiyyətini yoxlamağı tapşırıb.

Qeyd edilir ki, köpək balığı İvanişvilinin biznes mərkəzinə bu ilin oktyabrında gətirilib və nəhəng akvariumda yerləşdirilib. Onun üçün okean mühitinə maksimum uyğun şərait yaradılıb. O da bildirilir ki, bu şəraitin yaradılması üçün 25 ton duz sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti