...

Bostandakı daş meteorit imiş

Maraqlı Materials 9 Oktyabr 2014 20:40 (UTC +04:00)
Almaniyanın Bavariya əyalətinin Maxtenştayn kəndindəki bostanda uzun müddət qalan kiçik qara-qəhvəyi daşın meteorit olduğu məlum olub.
Bostandakı daş meteorit imiş

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Almaniyanın Bavariya əyalətinin Maxtenştayn kəndindəki bostanda uzun müddət qalan kiçik qara-qəhvəyi daşın meteorit olduğu məlum olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hələ 1950-ci ildə bavariyalı kəndçinin oğlu həmin daşı tapanda elə düşünmüşdü ki, bu "səmadan düşmüş ulduz" ola bilər.

Cavan oğlan tapdığı daşı dostuna verir. Daş bir neçə onillik ərzində dostun bostanında qalır.

Lakin xeyli müddət sonra bostan sahibi daşı mütəxəssislərə verir. Onlar müəyyən ediblər ki, çəkisi 1422 qram olan daş əslində meteorit parçasıdır. Onun 4,5 milyard yaşı olduğu təxmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti