...

Maradona Prezidentin çıxışı zamanı yatıb

Maraqlı Materials 10 Dekabr 2014 10:34 (UTC +04:00)
Məşhur futbolçu Dieqo Maradona dekabrın 9-da Venesuelada keçirilən rəsmi tədbirdə yatıb.
Maradona Prezidentin çıxışı zamanı yatıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Məşhur futbolçu Dieqo Maradona dekabrın 9-da Venesuelada keçirilən rəsmi tədbirdə yatıb.

Yerli KİV-in məlumatına görə, Maradona ölkə prezidenti Nikolas Maduronun çıxışı zamanı fəxri qonaqlar üçün kürsüsündə yatıb. Bu barədə Trend "Lenta.ru" saytına istinadən xəbər verib.

Məşhur futbolçu Perunun müstəqilliyi uğrunda gedən müharibədə həlledici olan Ayakuço döyüşünün 190 illiyinə həsr edilmiş təntənələrdə iştiraka dəvət edilib.

Maduro öz nitqində 54 yaşlı idmançını xatırladaraq onu üsyançı və inqilabçı adlandırıb: "Aramızda həyatın başqa meydanlarında, futbol meydanında fenomen olan üsyançı var, əlbəttə, amma bu, fikir sahələrinə aiddir, çünki, o, inqilabçıdır. Söhbət Dieqo Maradonadan gedir".

Qeyd edilir ki, amma Maradona bu sözləri eşitməyib. Arxasında oturan adamın onun kürəyinə toxunmasından sonra futbolçu ayılıb və toplaşanları salamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti