...

Qadınlar karyeralarından uşaqlarına görə deyil, ərlərinə görə imtina edirlər

Maraqlı Materials 22 Dekabr 2014 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Alimlər maraqlı rəy sorğusu keçirərək müəyyən ediblər ki, uğurlu karyera qurmağı planlaşdıran qadınlar çox vaxt öz məqsədlərindən uşağın dünyaya gəlməsinə görə deyil, öz ərlərinə görə imtina edirlər. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Sınaqda Harvard Biznes Məktəbini bitirən hər iki cinsin 25 min nümayəndəsi iştirak edib. Rəy sorğusu zamanı alimlər aydınlaşdırıblar ki, 30-dan 70 yaşadək olan qadınların yalnız 11 faizi uşağa görə işindən imtina edib.

Alimlərin sözlərinə görə, zərif cinsin nümayəndələrinin əksəriyyəti daim hesab edirlər ki, nikahdan sonra karyeranın inkişafı baxımından ərləri ilə bərabər hüquqa malik olacaqlar.

Rəyi soruşulan 30-50 yaşlarında qadınların yalnız 7 faizi, 50-70 yaşlarında qadınların isə 3 faizi karyera barədə fikirləşib və onu birinci yerə qoyub.

Sınaqda iştirak edən qadınların 40 faizi təsdiq edib ki, sevdikləri adamın karyerası özlərinkindən daha vacibdir, bununla yanaşı, 20 faiz dərhal onları tərk edəcəklərini artıq bilirdilər.

Kişilər isə əksinə, karyeralarının həyat yoldaşlarından daha vacib olduğunu hesab edirlər və uşağa qulluğa görə bütün vəzifələri öz arvadlarının öhdəsinə buraxırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti