...

Avropada kilsələr profilini dəyişir

Maraqlı Materials 6 Yanvar 2015 15:24 (UTC +04:00)
Avropada minlərlə kilsə bağlanma və satışa çıxarılma təhlükəsi ilə üzləşib.
Avropada kilsələr profilini dəyişir

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avropada minlərlə kilsə bağlanma və satışa çıxarılma təhlükəsi ilə üzləşib. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kilsələrə gedənlərin sayının yox dərəcəsində olmasıdır.

Belə ki, Hollandiyanın Arnem şəhərində min nəfərlik Müqəddəs İosif kilsəsi ziyarətçilərin olmamasına görə idman salonuna çevrilib. Burada gənclərin skeytbordla məşğul olması Qərb mediasının diqqət mərkəzinə düşüb.

Qərb mediası artıq boş qalmış kilsə binalarının gələcək fəaliyyətinin nədən ibarət ola biləcəyi barədə mülahizələr yürüdür.

Xarici KİV-lərin qənaətincə, kilsələrin bu hala düşməsinin əsas səbəbi kimi xristianlarda imanın getdikcə zəifləməsi göstərilir. İman zəifliyi isə kilsələrin tərk edilməsinə gətirib çıxarır.

Maddi dəstəkdən məhrum olan kilsələr getdikcə boş qalır. Uzun illərdir boş qalan kilsələr ya bağlanır, ya da kafe, idman salonu və restorana çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti