...

Barak Obama yumoristik çarxa çəkilib (FOTO, VİDEO)

Maraqlı Materials 13 Fevral 2015 10:51 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama ölkənin xəbər nəşri üçün yumoristik çarxa çəkilib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
Barak Obama yumoristik çarxa çəkilib (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

ABŞ Prezidenti Barak Obama ölkənin xəbər nəşri üçün yumoristik çarxa çəkilib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

"Hamının etdiyi, amma haqqında heç kimin danışmadığı şeylər" adlı videoçarxda Prezidentin və "BuzzFeed"-in jurnalistinin "müsahibəyə hazırlığı" təsvir edilir.

Obama güzgü qarşısında öz çıxışını məşq edir, öz-özünə dil göstərir, bloknotda arvadı Mişelin portretini çəkir, stəkanda peçenyeni südlə islatmağa çalışır, monopodun köməyi ilə selfi edir və təsəvvür edilən basketbol topu oynayır.

Ağ Evin başçısı "BuzzFeed" tərəfindən Prezidentin böyük önəm verdiyi "Obamacare" tibbi sığorta proqramını reklam etməsi müqabilində bu çarxa çəkilməyə razılıq verib. İnternet portalında yerləşdirilən istinadda bu proqram barədə informasiya almaq mümkündür.

Hitə çevrilən çarxa artıq internetdə bir neçə milyon dəfə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti