Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Elmir Murad/
Dünya nəhəngi "Apple" şirkəti 158 milyard ABŞ dolları pul itirib.
Trend xəbər verir ki, bunu nüfuzlu Bloomberg agentliyi yazıb. Texnologiya nəhənginin vəsait itirməsinə dünyada baş verən devalvasiya səbəb olub. Belə ki, təkcə bir gün, 21 avqust tarixində şirkətin səhmləri 6,72 dolara düşüb, yəni 6 faiz ucuzlaşıb.
Qeyd edək ki, bu həftənin əvvəlindən başlayan devalvasiya bir sıra böyük şirkətlərin külli miqdarda pul itirməsi ilə nəticələnib. Hazırda devalvasiya davam edir və bunun hələ bir müddət nəhəng şirkətlərə problem yaradacağı istisna edilmir.