...

Rekord: Xaşxaş toxumunun içində kitab

Maraqlı Materials 1 Mart 2016 16:50 (UTC +04:00)
Rusiyanın Novosibirsk şəhərində yaşayan miniatür ustası Vladimir Aniskin dünyanın ən kiçik kitabını hazırlayıb.
Rekord: Xaşxaş toxumunun içində kitab

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın Novosibirsk şəhərində yaşayan miniatür ustası Vladimir Aniskin dünyanın ən kiçik kitabını hazırlayıb.

Trend "Novosibirskiye novosti" qəzetinə istinadən xəbər verir ki, kitabın səhifələrinin ölçüsü 0,07x0,09 mm-dir.

Yeni nəşr 2013-cü ildə Yaponiya ustalarının yaratdığı və "Ginnesin Rekordlar Kitabı"na düşmüş kitabdan 88 dəfə kiçikdir.

V.Aniskin xaşxaş toxumunu yararaq içinə qızıl lövhə qoyub. Lövhənin üst tərəfində miniatür kitabın özünü, aşağı hissəsində isə bir neçə səhifə yerləşdirib. Bu səhifələri metaldan hazırlanmış xüsusi mikro iynə ilə vərəqləmək olar.

2016-cı ilin dekabrında V.Aniskin bu kitabın 10 nüsxəsini yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti