...

Alimlər gilasdan raket yanacağı hazırlayıb

Maraqlı Materials 5 Sentyabr 2016 09:40 (UTC +04:00)
Bolqarıstanın gilas paytaxtı sayılan Küstendil şəhərində alimlər doluya qarşı raketlər üçün yeni yanacaq növü hazırlayıblar.
Alimlər gilasdan raket yanacağı hazırlayıb

Bakı. Trend:

Bolqarıstanın gilas paytaxtı sayılan Küstendil şəhərində alimlər doluya qarşı raketlər üçün yeni yanacaq növü hazırlayıblar.

Trend AMEA-ya istinadən xəbər verir ki, hazırlanmış yanacağın əsasını gilasın emalı nəticəsində alınmış məhsul təşkil edir.

Aerokosmik texnologiyalar klubunun rəhbərlərindən biri Kristofor Skandalievin sözlərinə görə, doluya qarşı raketlərdə istifadə ediləcək ekoloji təmiz yanacağın əsas üstünlüyü onun ətraf mühiti zərərli xlor tullantıları ilə çirkləndirməməsidir.

Sözügedən ekoloji təmiz yanacağın alınmasında aşağı keyfiyyətli (çox yetişmiş, çürümüş, qurumuş) giləmeyvələr istifadə edilir. Gilasın ilkin emalından sonra tərkibində böyük miqdarda şəkər olan biokütlə alınır. Bu biokütlədən yanacaq materialı hazırlanır. Bu maddənin bir neçə qaşığı iki kiloqram çəkiyə malik raketi 600 metrdən çox hündürlüyə buraxmaq üçün kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti